Sabiq deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nəvəsi Toğrul Ağamalı qızıl medal alıb.
Bu barədə mərhum millət vəkilinin oğlu Elçin Ağamalı məlumat verib.
O, sosial şəbəkə hesabında yazıb:
"Evimizin sonbeşiyi Toğrul bəy bu tədris ilində də uğurları ilə bizləri sevindirdi. 2025-2026-cı tədris ilinin yekunlarına əsasən oxuduğu məktəbin qızıl fərqlənmə medalını alan Toğrul bəy eyni zamanda olimpiada nəticələrinə daha iki medal əlavə etdi. Beynəlxalq SASMO Olimpiadasından (riyaziyyat fənni üzrə) gümüş, Qlobal riyaziyyat Olimpiadasından isə bürünc medal alan Toğrul Olimpiada nəticələrinin sayını 18-ə çatdırdı. Yolun açıq, uğurların bol olsun Qızıl Oğlan!"
AzNews.az