ABŞ Qüvvələri iki İran dronunu vurub

7 İyun 2026 10:27 (UTC+04:00)

ABŞ Silahlı Qüvvələri iki İran dronunu zərərsizləşdirib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu gün səhər tezdən ABŞ-ın Yaxın Şərqdəki qüvvələri Hörmüz boğazında beynəlxalq gəmiçiliyi təhdid edən iki İran kamikadze hücum dronunu vurdu", - komandanlığın açıqlamasında deyilir.