Ermənistanda seçki pozuntuları ilə bağlı 6 nəfər saxlanıldı

7 İyun 2026 15:57 (UTC+04:00)

Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.

Aznews.az xəbər verir ki, nazirliyin məlumatına görə, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.