İranın dəniz blokadasının davam etməsi və İsrailin Livana yeni hücumları regiondakı ABŞ və İsrail bazalarına cavab zərbələri endirmək üçün İran Silahlı Qüvvələrinin əl-qolunu açır.
Aznews.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf "X" hesabında yazıb
Onun sözlərinə görə, İranın dəniz blokadası və ABŞ-ın bu gün İsrailə Livana zərbələr endirmək üçün yaşıl işıq yandırması regiondakı Amerika və İsrail bazaları və aktivlərini qanuni hədəfə çevirir.
O vurğulayıb ki, ABŞ və İsrail öz hərəkətləri ilə gücdən başqa heç bir dili başa düşmədiklərini nümayiş etdiriblər.