"Exit-poll": Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb

7 İyun 2026 22:16 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində səslərin 56,7%-ni toplayır.

Aznews.az xəbər verir ki, bu barədə "exit-poll"ların məlumatlarına istinadən "Civic News" internet resursu məlumat yayıb.

Resursun məlumatına görə, erməni əsilli rusiyalı iş adamı, "Tashir Group" şirkətlər qrupunun sahibi Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası 17,5% toplayır.