Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəldi

8 İyun 2026 10:04 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.

"Vətəndaş müqaviləsi" partiyasına 727,160 seçici səs verib.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku isə 9,94 % səs toplayıb.

Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyib.