Abdullah Gül BMT-ni tənqid etdi- VİDEO

25 Sentyabr 2013 13:08 (UTC+04:00)
Türkiyə prezidenti Abdullah Gül sessiyada Birləşmiş Millətlər Təşkilatını tənqid edib. Çıxışı zamanı Abdullah Gül Suriya məsələsinin indiyə qədər həll olunmamasına görə BMT rəsmilərini günahlandırıb. Onun sözlərinə görə, təşkilatın öz səlahiyyətini yerinə yetirə bilməməsi onun mahiyyətinə kölgə salır.

"Hazırda heç bir məsələ Suriyadakı vəziyyətdən daha vacib deyil. Türkiyə Suriyada kimyəvi silahların məhv edilməsi məsələsində Amerika Birləşmiş Ştatları və Rusiya arasında əldə olunan razılaşmadan məmnundur və bu razılaşmanı dəstəkləyir. Bu razılaşma təhlükəsizlik şurasının qətnaməsinə çevrilməlidir. Suriya rejimi kimyəvi silah arsenallarına dair şəffaf mövqe sərgiləyəcəyi təqdirdə bu, Suriya və region əhalisinin narahatlıqlarını aradan qaldıracaq. Türkiyə Suriyanın qonşusu kimi kimyəvi silahların tamamilə məhv edilməsini istəyir. Birləşmiş Millətlər Təşkilatının bu məsələdə öz səlahiyyətlərini yerinə yetirə bilməməsi onun üçün biabırçılıqdır. Çox təəssüf ki, siyasi fikir ayrılıqları və güc balansınının fərqliliyi bu faciənin qarşısını almağa imkan vermir. Vəziyyətin bu cür qalması isə seçim ola bilməz". (anspress)




AzNews.az