Kallas: Aİ Rusiyaya qarşı 80-dən çox yeni sanksiya tətbiq etmək niyyətindədir

8 İyun 2026 16:20 (UTC+04:00)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ qurumları Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 80-dən çox yeni məhdudiyyətin tətbiqini təklif edib.

Kallasın sözlərinə görə, gələn həftə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində hazırlanan təkliflər sanksiya siyahısının daha da genişləndirilməsini nəzərdə tutur.

O qeyd edib ki, yeni məhdudiyyətlər əsasən Rusiyanın hərbi-sənaye kompleksini hədəf alacaq.

Aİ rəsmisi həmçinin üzv dövlətləri Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb və sanksiya siyasətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Yeni paketin yekun məzmunu üzv ölkələrin razılığından sonra müəyyənləşəcək.

Mövsüm,

AzNews.az