Rusiya XİN: Ermənistandakı seçkilər müxalifətə təzyiq və Qərbin müdaxiləsi fonunda keçirilib

8 İyun 2026 16:32 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri müxalifətə görünməmiş təzyiqlər və Qərbin, ilk növbədə isə Avropa İttifaqının müdaxiləsi şəraitində baş tutub.

Zaxarovanın sözlərinə görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası qələbə qazandığını elan etsə də, hakimiyyət üzərində tam monopoliyaya nail olmayıb.

O qeyd edib ki, əvvəlki seçki dövrü ilə müqayisədə hakim partiyaya verilən dəstək nəzərəçarpacaq dərəcədə azalıb.

Rusiya rəsmisi seçkilərin nəticələrini şərh edərkən Ermənistanda siyasi rəqabətə təzyiqlərin və xarici təsirlərin mövcud olduğunu iddia edib.

Mövsüm,

AzNews.az