Özbəkistanda partlayış baş verib: 6 nəfər ölüb

8 İyun 2026 17:06 (UTC+04:00)

Özbəkistanın Qaşqadərya vilayətində yerləşən qazdoldurma məntəqəsində güclü partlayış baş verib.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Çaman mikrorayonunda məişət qaz balonlarının doldurulduğu stansiyada qeydə alınıb.

Partlayış nəticəsində 6 nəfər həyatını itirib, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə bir neçə yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 4 nəqliyyat vasitəsi – 2 minik avtomobili və 2 qazdaşıyan yük maşını, eləcə də 2 yeraltı yanacaq çəni zədələnib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Mövsüm,

AzNews.az