Reuters: 21-ci Aİ sanksiya paketi 170 Rusiya fiziki və hüquqi şəxsini əhatə edəcək

9 İyun 2026 16:23 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etməyə hazırlaşır. Yeni məhdudiyyətlərin təxminən 170 fiziki və hüquqi şəxsi, o cümlədən 90 bankı əhatə edəcəyi gözlənilir.

Məlumata görə, təklifin iyunun 11-də təqdim olunması planlaşdırılır. Əgər qəbul edilərsə, bu, bir dəfəyə ən çox bankın sanksiya siyahısına salındığı paketlərdən biri olacaq.

Yeni sanksiyalar əsasən bank sektorunu və Brüsselin fikrincə mövcud məhdudiyyətlərdən yan keçmək üçün istifadə olunan kriptovalyuta şəbəkələrini hədəf alacaq.

Aİ rəsmiləri hesab edirlər ki, bu tədbirlər Rusiyanın maliyyə imkanlarını daha da məhdudlaşdıracaq və sanksiyalardan yayınma yollarını çətinləşdirəcək.

Mövsüm,

AzNews.az