Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki, Livan, İran və Qəzzada qüvvədə olan atəşkəs razılaşmalarına tam şəkildə riayət edilməlidir.
Quterreş Yaxın Şərqdə yenidən artan gərginlikdən narahatlığını ifadə edərək bütün tərəfləri hücumları dərhal dayandırmağa, maksimum təmkin göstərməyə və vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.
O vurğulayıb ki, bölgədəki münaqişələrin hərbi həlli yoxdur və yeganə çıxış yolu dialoq və danışıqlardır. Quterreş həmçinin beynəlxalq hüquqa uyğun olaraq dəniz naviqasiyası azadlığının qorunmasının vacibliyini qeyd edib.
Mövsüm,
AzNews.az