Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edəcək müəllimlər imtahana gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.
AzNews.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, imtahan binasına çanta və digər şəxsi əşyaların gətirilməməsi tövsiyə olunur.