Peskov: "Putin və Tramp arasında hələlik yeni təmaslar planlaşdırılmır"

9 İyun 2026 17:04 (UTC+04:00)

Rusiya prezidenti Vladimir PutinABŞ prezidenti Donald Tramp arasında hazırda yeni telefon danışığı planlaşdırılmır .

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, "Hazırda gündəmdə heç bir müzakirə yoxdur. Lazım gələrsə, bu cür müzakirələr çox tez bir zamanda razılaşdırıla bilər".

O əlavə edib ki, Amerika nümayəndələrinin Rusiyaya mümkün səfərləri üçün hələlik dəqiq tarix yoxdur, lakin Moskva onları istənilən vaxt qəbul etməyə hazırdır.

Mövsüm,

AzNews.az