Həsən Ruhani ABŞ prezidenti ilə niyə görüşmədi? - Açıqlama

25 Sentyabr 2013 13:56 (UTC+04:00)
BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani sentyabrın 25-də CNN telekanalına açıqlama verib.


"Media forum" saytının məlumatına görə, Ruhani Obama ilə üzbəüz görüşün baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandırıb: "Bu haqda bir sıra söhbətlər olmuşdu. Görüşün baş tutması ehtimalı üçün müəyyən qədər hazırlıq işləri də aparılmışdı. Amerika buna meylli olduğunu göstərmişdi. Lakin Obama ilə görüşmək üçün vaxt az idi".

İranlılardan amerikalılara mesaj gətirdiyini vurğulayan Ruhani Xolokostla bağlı sualı da cavablandırıb: "Amerikalılara demək istəyirəm ki, mən iranlıların sizə sülh və dostluq mesajını gətirmişəm. Xolokost isə nasist Almaniyasının əli ilə yəhudilərə və başqalarına qarşı törədilmiş böyük bir cinayət idi. Biz Xolokostu və ümumiyyətlə hər hansı bir kütləvi qırğını məhkum edirik".

AzNews.az