Brüsseldə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edərkən çıxış edən fon der Leyen bildirib ki, bu vəsaitin 6 milyard avrosu pilotsuz uçuş aparatlarının (PUA) alınmasına, 3 milyard avrodan çoxu isə makromaliyyə yardımına yönəldiləcək.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq Ukraynaya dəstək proqramı çərçivəsində təxminən 3 milyard avro köçürüb və yaxın günlərdə Ukraynaya ayrılmış 90 milyard avroluq kredit paketinin ilk tranşı da veriləcək.
Fon der Leyen həmçinin bildirib ki, yaxın günlərdə Ukrayna və Moldova ilə Avropa İttifaqına üzvlük danışıqlarının ilk klasteri açılacaq.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, bu addım Ukrayna və Moldovanın Aİ-yə inteqrasiya prosesində yeni mərhələnin başlanğıcı olacaq.
Mövsüm,
AzNews.az