Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrünün Ağsaqqallar Şurasına (bələdiyyəsinə) növbədənkənar seçkilərin mümkün qədər tez keçirilməsinin vacibliyini bəyan edib.
AzNews.az xəbər verir ki, "Gümrünün məhəllələrində gördüklərim, açığını desəm, mənim üçün gözlənilməz və sarsıdıcı oldu. Mən təsəvvür edə bilməzdim ki, baş naziri olduğum ölkədə həyətlər bu vəziyyətdə ola bilər. Mən demişdim ki, Gümrüdə növbədənkənar seçkilər mümkün qədər tez keçirilməlidir. Buna qədər isə orada təxirəsalınmaz tədbirlər görməliyik", - deyə o, müşavirə zamanı bildirib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarışlar aparıblar. Daha sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvətxorluq işi üzrə aparılan istintaq çərçivəsində səkkiz nəfərin, o cümlədən bələdiyyə sədri Vardan Qukasyan saxlanıldığını açıqlayıb.