Fransa İsrailin maliyyə nazirinə ölkəyə giriş qadağası qoyub

9 İyun 2026 19:24 (UTC+04:00)

Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib. Qərar Parisin zorakılığın artması və məskunlaşma fəaliyyətinin genişlənməsi ilə əlaqələndirdiyi şəxslərə qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi çərçivəsində qəbul olunub.

Bu barədə iyunun 9-da Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Sanksiyalar bir neçə ölkə ilə koordinasiyalı şəkildə qəbul edilib

Barro X sosial şəbəkəsində paylaşımında bildirib ki, “Biz maliyyə naziri Bezalel Smotriçin, məskunlaşma təşkilatlarının dörd rəhbərinin və 21 məskunlaşma sakininin Fransa ərazisinə girişini qadağan etmişik”.

Məlumata görə, yeni məhdudiyyətlər Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç ilə birgə razılaşdırılıb.

Paris Smotriçin siyasətini dəstəkləmir

Fransanın xarici işlər naziri bildirib ki, Paris Smotriçin təşviq etdiyi siyasəti, o cümlədən İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsini və digər təşəbbüsləri dəstəkləmir. Fransa bu addımları regionda gərginliyin artmasına səbəb olan amillərdən biri kimi qiymətləndirir.

Mövsüm,

AzNews.az