Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

9 İyun 2026 19:27 (UTC+04:00)

Sabah Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

​Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.