Ermənistanda seçki ilə bağlı 100-dən çox cinayət işi qaldırılıb

9 İyun 2026 19:37 (UTC+04:00)

Ermənistanın Antikorrupsiya Komitəsi 7 fevral 2026-cı il tarixindən etibarən seçki ilə bağlı korrupsiya cinayətlərinə dair 115 cinayət işi qaldırıb. Onlardan 77-si "Güclü Ermənistan" blokuna aiddir.

AzNews.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, işlərdən 25-i Çiçəklənən Ermənistan Partiyasının nümayəndələrinə, daha 13-ü isə "Ermənistan" blokuna qarşı qaldırılıb. Ümumilikdə 242 nəfər işin fiqurantına çevrilib. Onlardan 52 qanun pozucusu həbs edilib, 48-i barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. 20 təqsirləndirilən şəxsə qarşı inzibati nəzarət tətbiq olunub, daha 19 nəfər isə axtarışa verilib.

Xatırladaq ki, Ermənistanda parlament seçkisi iyunun 7-də keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 49.8%, "Güclü Ermənistan" bloku 23.3%, "Ermənistan" bloku isə 9.9% səs qazanıb. Çiçəklənən Ermənistan Partiyası 3.9% səs toplayaraq parlamentə daxil ola bilməyib.