
İddia Özgür Özəlin 2021-ci il oktyabrın 22-də, eləcə də dekabrın 3 və 8-də sosial media hesablarında paylaşdığı fikirlərlə bağlı qaldırılmışdı. Soylu tərəfi həmin paylaşımlarda istifadə olunan ifadələrin onun şəxsi nüfuzuna və hüquqlarına zərər vurduğunu iddia edib.
Ankara 40-cı Mülki İşlər üzrə Birinci İnstansiya Məhkəməsində keçirilən iclasda Süleyman Soylunun vəkilləri iştirak ediblər. Dinləmələr zamanı tərəflərin mövqeləri dinlənilib, iddiaçı tərəf əvvəlki tələblərini təkrarlayaraq iddianın təmin olunmasını istəyib.
Məhkəmənin qərarına əsasən, iddia qismən təmin olunub və Özgür Özəl Süleyman Soyluya 20 min Türkiyə lirəsi məbləğində mənəvi təzminat ödəməlidir.
Qərarın açıqlanmasından sonra tərəflərin qanunvericiliyə uyğun olaraq apellyasiya və digər hüquqi vasitələrdən istifadə etmək imkanının olduğu bildirilib.
Mövsüm,
AzNews.az