Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

9 İyun 2026 21:15 (UTC+04:00)

Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.

Aznews.az xəbər verir ki, bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müvəqqəti olaraq Tehrandan Bakıya köçürülmüş səfirlik iyunun 7-də Tehrandakı fəaliyyətini bərpa edib.

Azərbaycana Niderlandın İrandakı səfirliyinə dəstək göstərdiyinə görə minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, bundan əvvəl Niderlandın Tehrandakı səfirliyi ABŞ-İran müharibəsi zamanı təhlükəsizlik səbəbilə İrandan köçürülərək işinə Bakıda davam edib.