Bu əraziyə dolu YAĞDI

9 İyun 2026 21:52 (UTC+04:00)

Şahbuz rayonunun Kükü kəndində qısamüddətli dolu müşahidə olunub.

AzNews.az Redaktor.az-a istinadən xəbər verir ki, yağan dolunun diametri təxminən 1 santimetr olub.

Yağıntı cəmi 4 dəqiqə davam etsə də, kənd ərazisində dolu dənələri aydın şəkildə müşahidə edilib.

Hazırda ərazidə hava şəraiti sabitdir.

Qeyd edək ki, iyunun 7-də bu kəndə düşən dolunun diametri 5 millimetr olub.