“Ötən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti aparan yüksək texnologiyalı ‘Apache’ helikopterlərimizdən birini vurublar. ABŞ zərurət yaranarsa, bu hücuma cavab verməlidir”, – Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.
ABŞ prezidentinin sözlərinə görə, hadisə zamanı helikopterin bütün pilotları sağ qalıb və onlardan heç biri xəsarət almayıb.
Tramp bildirib ki, insidentə baxmayaraq, ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub və onların səhhətində hər hansı problem qeydə alınmayıb.
Mövsüm,
AzNews.az