Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb

9 İyun 2026 22:44 (UTC+04:00)

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ qurbanlarının sayı 37-dən 41-ə çatıb.

Bu barədə GMA News televiziya kanalı məlumat verib.

Mülki Müdafiə İdarəsinin məlumatına görə, 470-dən çox insan yaralanıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.

Yerli hakimiyyət orqanları Mindanao adasında məktəblər, xəstəxanalar və yaşayış evləri də daxil olmaqla təxminən 1900 binanın zədələndiyini, onlardan təxminən 1500-ünün fəlakət nəticəsində tamamilə dağıldığını bildirir. General Santos şəhərində fövqəladə vəziyyət elan edilib. Filippin bölgəsinin 145 mindən çox sakini zəlzələnin nəticələrindən təsirlənib.