Pezeşkian korrupsiyaya qarşı mübarizə çağırışı etdi

9 İyun 2026 23:34 (UTC+04:00)

İranda idarəçilik elə aparılmalıdır ki, korrupsiya və sui-istifadə halları qeydə alınmasın.

AzNews.az İRİB-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian administrasiya və icra aparatının rəhbərləri ilə görüşdə deyib.

"Keyfiyyətli xidmət, ədalət və səmərəlilik ölkə idarəçiliyinin əsasını təşkil etməlidir", - o bildirib.

Görüşdə əsas diqqət korrupsiya ilə mübarizə və icra sistemlərində sui-istifadənin qarşısının alınmasına yönəlib:

"Səylərimizi birləşdirsək, bütün böhranların öhdəsindən ləyaqət və qürurla gələcəyik".