Ukrayna Rusiyaya qarşı raket və dron hücumlarını artıracaq - Zelenski

9 İyun 2026 23:47 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı dron və raket hücumlarının sayının artırılmasının planlaşdırıldığını açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə o, Şimali Avropa və Baltik ölkələrinin liderləri ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Zelenskinin sözlərinə görə, Ukrayna elə həcmdə raket və pilotsuz uçuş aparatları istehsal etməyi hədəfləyir ki, bu da Kiyevə Rusiyaya qarşı genişmiqyaslı zərbələr endirməyə imkan verəcək.

“Rusiya başa düşür ki, əlimizdə 600 pilotsuz uçuş aparatı və raket olduqda, onlar da bu müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəklər. Müharibəni öz evlərində hiss edəcəklər”, – deyə Zelenski bildirib.