Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. Hadisə rayonun Xaldan kəndində qeydə alınıb.
Kənd sakini Zümrüd Əhmədova yaşadığı evdə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun bacısı Kubra Məmmədova hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
"Qaza yaxınlaşanda ehtiyatsızlıqdan paltarı alışıb. Hadisədən bir saat sonra xəbər tutmuşam. 26-27 ildir ki, bacıma mən baxırdım", - o söyləyib.
Faktla bağlı araşdırma aparılır.