Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Nebenzya qeyd edib ki, Təhlükəsizlik Şurasının üzvləri və qurumun sədri vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməlidirlər.
“Şuranın bütün üzvlərini və onun sədrini vəziyyəti daha da qızışdırmaqdan çəkinməyə, diqqəti İran ətrafındakı məsələnin siyasi-diplomatik həllinə yönəltməyə çağırırıq. Bu prosesə artıq bir sıra konstruktiv mövqedən çıxış edən dövlətlər, o cümlədən pakistanlı həmkarlarımız da cəlb olunublar”, – deyə rusiyalı diplomat bildirib.
Vasili Nebenzya vurğulayıb ki, Rusiya bu istiqamətdə aparılan səylərə hərtərəfli dəstək verməyə hazırdır.
Onun sözlərinə görə, Moskva İran ətrafında gərginliyin azaldılması və problemin diplomatik yollarla həlli üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Mövsüm,
AzNews.az