Namiq Qaraçuxurlunu döymək istəyiblər

25 Sentyabr 2013 14:37 (UTC+04:00)
Bu günlərdə Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarova və məşhur meyxanaçı Namiq Qaraçuxurlu arasında böyük bir gərginlik yaşanıb. Atmacalarla başlayan söhbət sonradan əsl münaqişəyə çevrilib.

Kliplər.tv-nin etibarlı mənbədən əldə etdiyi məlumata görə əsəblərini cilovlaya bilməyən Mehriban xanım məşhur meyxanaçını kəskin şəkildə ittiham edərək hədələyib. Hətta iş o həddə çatıb ki, M.Xanlarova N.Qaraçuxurlunun üstünə adam yollayıb.

Məlumata görə xanım sənətçinin məşhur meyxanaçının üstünə göndərdiyi adam Mehriban xanımın doğma qardaşıdır.

AzNews.az