Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

10 İyun 2026 00:37 (UTC+04:00)

Rusiyanın hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.

AzNews.az xəbər verir ki, 54 yaşlı Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub və bir sıra ağır cinayətlərdə, o cümlədən qətllərdə ittiham edilir. O, iyunun 9-da şəhərin Makarov sahilində yerləşən evlərdən birində tutulub.

Bildirilir ki, Əliyev cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir və bu ittiham üzrə onu 15 ilədək həbs cəzası gözləyə bilər