Qəzanın sürücü Orhan Közün idarə etdiyi mikroavtobusun nəzarətdən çıxması nəticəsində baş verdiyi bildirilir.
Hadisə nəticəsində sürücü ilə yanaşı, sərnişinlər Recep Köstək (68 yaş), Pınar Ravza Erbakım (15 yaş), Ayşegül Soğan (11 yaş), Oğuzhan Soğan (9 yaş), Hülya Soğan (33 yaş), Ahsen Zümra Türkyılmaz (12 yaş), Tekin Özkan Dini (10 yaş), Şengül Dini (37 yaş), Rabia Mumsuz (16 yaş) və Zeynəb Baka (16 yaş) xəsarət alıblar.
Ümumilikdə, qəza zamanı 7-si uşaq olmaqla 11 nəfər yaralanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Ordu şəhərindəki müxtəlif xəstəxanalara aparılıblar.
Faktla bağlı jandarma tərəfindən araşdırma aparılır.


Mövsüm,
AzNews.az