Qrinspan bu barədə RİA Novosti agentliyinə açıqlamasında danışıb.
“Mən həmişə demişəm ki, münaqişələrin həllinin yeganə yolu bütün tərəflərlə qarşılıqlı fəaliyyət göstərməkdir”, – deyə o vurğulayıb.
Bu açıqlama Qrinspana BMT-nin baş katibi seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinin həllinə necə töhfə verməyi planlaşdırdığı barədə verilən suala cavab olaraq səsləndirilib.
Namizəd qeyd edib ki, davamlı sülhə nail olmaq üçün tərəflər arasında dialoq və diplomatik təmaslar əsas rol oynayır.
Mövsüm,
AzNews.az