“Sabah” CAR millisinin üzvünü transfer etdi

10 İyun 2026 01:30 (UTC+04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb.

Gənc futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.