Arazda batan yeniyetmənin meyiti tapıldı

10 İyun 2026 08:17 (UTC+04:00)

İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

AzNews.az