Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı

10 İyun 2026 10:37 (UTC+04:00)

İyunun 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 181, o cümlədən borclu şəxs qismində axtarışda olan 152 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.