Qanunsuz saxlanılan silahlar aşkarlandı

10 İyun 2026 11:04 (UTC+04:00)

İyunun 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 39 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.