Məlumata əsasən, püskürmə nəticəsində yaranan kül sütunu vulkanın zirvəsindən 1,2 kilometr hündürlüyə qalxıb. Bu isə dəniz səviyyəsindən təxminən 4 876 metr yüksəkliyə çatdığı anlamına gəlir.
Səlahiyyətli qurumlar yerli sakinlərə və turistlərə vulkan kraterindən ən azı 5 kilometr uzaq məsafədə qalmağı tövsiyə ediblər.
Xəbərdarlıqda qeyd olunur ki, bölgədə qızğın daşların püskürməsi, lava axınları, isti kül buludlarının əmələ gəlməsi və çay yataqları boyunca sel axınlarının baş verməsi riski qalmaqdadır.
Semeru vulkanı İndoneziyanın hündürlüyünə görə dördüncü ən yüksək vulkanı hesab olunur. Eyni zamanda, o, Yava adasının ən yüksək nöqtəsidir və ölkənin ən fəal vulkanlarından biri kimi tanınır.
Mövsüm,
AzNews.az