Bu barədə İranın Fars xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İranın ballistik raketləri ABŞ-ın İordaniya, Küveyt və Bəhreyn ərazisində yerləşən hərbi obyektlərinə zərbələr endirib.
Mənbə əməliyyatın nəticələrinin qiymətləndirilməsinin davam etdiyini bildirib.
Xəbərdə qeyd olunur ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə bir sıra zərbələrin endirildiyini açıqlamışdı. Bu əməliyyatlar Hörmüz boğazı üzərində ABŞ-a məxsus “Apache” helikopterinin vurulmasından sonra həyata keçirilib.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını hədəfə aldığını bəyan edib.
Mövsüm,
AzNews.az