Modi baş nazirlik rekordunu qırdı

10 İyun 2026 12:27 (UTC+04:00)

Hindistanın Baş naziri Narendra Modi müasir Hindistan tarixində ən uzun fasiləsiz baş nazirlik müddəti rekordunu qırıb.

AzNews.az Ajans.az-a istinadən xəbər verir ki, azırda Modinin ilk dəfə baş nazir kimi and içməsindən 4399 gün keçib. O, bu vəzifəyə 26 may 2014-cü ildə başlayıb. Beləliklə, o, Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun 4398 günlük rekordunu geridə qoyub.

Nehrunun rekordu 1952-ci ildən 1964-cü ildə vəfatına qədər davam etmişdi.

Eyni zamanda qeyd olunur ki, 2025-ci il iyulun 25-də Modi İndira Qandinin 4077 günlük fasiləsiz baş nazirlik rekordunu da keçəcək.

Hindistan mətbuatının yazdığına görə, bu rekord ölkədə demoqrafik və siyasi dəyişikliklər fonunda əldə olunub. 1950-ci illərdə Hindistan əhalisi təxminən 340 milyon idisə, hazırda bu rəqəm 1,4 milyarddan çoxdur.

Seçici bazasının da kəskin artdığı bildirilir: ilk ümumi seçkilərdə təxminən 170 milyon seçici olduğu halda, son seçkilərdə bu göstərici 830 milyonu keçib.

Modinin hakimiyyəti dövründə Hindistan–Rusiya münasibətlərinin də strateji səviyyəyə yüksəldiyi, xüsusilə enerji, ticarət və logistika sahələrində əməkdaşlığın genişləndiyi qeyd olunur.