Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalq mahnısı “Muleyli” (və ya “Bu Leyli”) səsləndirilib.
AzNews.az Globalinfo.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin mahnının sədaları altında rəqs etdiyi əks olunub.
Videonun qısa zamanda geniş müzakirələrə səbəb olduğu bildirilir.
“Muleyli” Azərbaycan musiqi irsinin məşhur nümunələrindən biridir və müxtəlif ifaçılar tərəfindən fərqli üslublarda səsləndirilib.