İnstaqram sosial şəbəkəsində yeni funksiya fəaliyyətə başlayır.
AzNews.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərin profil səhifələrini daha sərbəst şəkildə idarə etməsinə imkan verəcək.
Yeniliyə əsasən, istifadəçilər paylaşımlarını paylaşım tarixindən asılı olmayaraq profil şəbəkəsində istədikləri mövqeyə köçürə biləcəklər. Bu funksiya profil dizaynının fərdiləşdirilməsini asanlaşdıracaq və xüsusilə kontent yaradıcıları, biznes hesabları və influenserlər üçün əlavə üstünlüklər yaradacaq. İndiyədək istifadəçilər yalnız müəyyən paylaşımları profilin yuxarısında sabitləyə bilirdilərsə, artıq bütün paylaşımların yerini istədikləri qaydada dəyişə biləcəklər.
Mütəxəssislər hesab edirlər ki, yen