İran özünə sərf edən razılaşma üzrə danışıqları həddindən artıq uzatdı, bunun hesabını ödəyəcəklər.
AzNews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Onlar özləri üçün çox sərfəli ola biləcək razılaşma üzrə danışıqları həddindən artıq uzatdılar, indi isə bunun hesabını ödəməli olacaqlar”, - Tramp bildirib.
ABŞ lideri İranın hərbi qüvvə kimi artıq məhv edildiyini qeyd edib.
“İran ordusu tamamilə və bütövlükdə darmadağın vəziyyətdədir. Onun böyük hissəsi, məsələn donanması və hava qüvvələri artıq faktiki olaraq mövcud deyil — onlar tam məğlub ediliblər. İran yalnız danışır, amma heç bir əməl göstərmir. Yaxın Şərqin “xuliqanı” məhv olub”, - o vurğulayıb.