Yeni konstitusiyanın mətni niyə dərc edilmir? - Qalyan

10 İyun 2026 16:20 (UTC+04:00)

Ermənistanda yeni konstitusiyanın mətni hələ dərc üçün hazır deyil. Ədliyyə Nazirliyi sənəd üzrə həmkarlarının rəy və təkliflərini gözləyir.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib.

Nazirin sözlərinə görə, sənədin dərc olunması məsələsi Mülki Müqavilə Partiyasının idarə heyətinin iclasında müzakirə edilib. O qeyd edib ki, daxil olan bütün rəylərin ümumiləşdirilməsi üçün əlavə vaxta ehtiyac var.

“Yaxın vaxtlarda, ümumiləşdirmədən sonra – rəyləri toplamaq üçün bizə bir-iki həftə lazım olacaq – daha bir və ya iki müzakirə keçiriləcək, bundan sonra mətnin dərcə hazır olub-olmadığı aydınlaşacaq”, – Qalyan deyib.