Vəkilin oğlu Bakıda faciəli şəkildə öldü

10 İyun 2026 17:42 (UTC+04:00)

Tanınmış vəkilin ailəsində bədbəxt hadisə baş verib.

AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Cavid Ağazadə Vəkillər Kollegiyasının üzvü Qabil Ağayevin oğludur.