Gürcüstanda evlər su altında qaldı

25 Sentyabr 2013 16:30 (UTC+04:00)
Gürcüstanın Vani şəhərində (İmereti regionu) xilasedicilər güclü yağışlar nəticəsində meydana gələn daşqının nəticələri ilə mübarizə aparırlar.


Trend-in məlumatına görə, yerli sakinlərin evləri su altında qalıb, regionun kənd təsərrüfatına ciddi ziyan dəyib.

Sakinlər bildirirlər:

"Biz nə vaxtsa belə daşqın olduğunu xatırlamırıq. Qış fəsli üçün bütün ehtiyatlar praktiki olaraq məhv olub. Biz hökumətdən kömək istəyirik".

Vanidəki daşqınla bağlı siqnal çərşənbə günü səhər saatlarında İmereti Xilasetmə Xidmətinə daxil olub. Hazırda fəlakət zonasına əhaliyə yardım etmək məqsədilə göndərilən Xidmətin bütün əməkdaşları səfərbər olunublar.

AzNews.az