Əli Əsədov Özbəkistana səfər edəcək

11 İyun 2026 19:20 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana səfər edəcək.

AzNews.az xəbər verir ki, Əli Əsədov Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.

Qeyd edək ki, forum iyunun 16-18-də baş tutacaq.

Tədbirə ümumilikdə 99 ölkədən 8 mindən çox iştirakçının qatılması gözlənilir.