İsrail ordusu bu ərazini nəzarətə götürdü

11 İyun 2026 21:52 (UTC+04:00)

İsrail ordusu Livanın cənubunda, sərhəddən təxminən 10 km aralıda yerləşən Vadi Saluki ərazisini nəzarətə götürüb.

AzNews.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 7-ci zirehli tank briqadasının və "Eqoz" bölməsinin hərbi qulluqçuları operativ nəzarətin qurulması və Saluki çay hövzəsinin şimalındakı ərazinin Hizbullah infrastrukturundan təmizlənməsi üzrə əməliyyatı başa çatdırıblar.