"Real Madrid" Joze Mourinyonun baş məşqçi postuna təyin olunduğunu rəsmən elan edib.
AzNews.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
63 yaşlı mütəxəssisin Madrid klubu ilə müqaviləsi üç mövsüm üçün - 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Portuqaliyalı məşqçi komandaya iyulun 13-də qoşulacaq.
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real"ı çalışdırıb və bu müddətdə İspaniya çempionatını, Kubokunu və Superkubokunu qazanıb.