Türkiyədə təyyarə havaya qalxarkən antenə dəydi

12 İyun 2026 00:08 (UTC+04:00)

İstanbul-Antalya reysini icra edən Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsi dayanacaq ərazisinə doğru hərəkət edərkən qanadı radar anteninə çırpılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Göyərtədəki 267 sərnişin təxliyə edilib.

Məlumata görə, təyyarəyə və həmçinin radar anteninə zərər dəyib.